Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DSMF Cəlilabad sakininin şikayətinə aydınlıq gətirdi

Baxılıb: 365     Tarix: 06-05-2021 11:35   
Bəzi sosial şəbəkə səhifəsində yayılan videoda Cəlilabad rayonu, Məşədilər kənd sakini Təyyar Kürşad oğlu Səfərovun ailəsinə ünvanlı sosial yardım verilməməsi ilə bağlı şikayəti əsassızdır. Çünki hələ ötən ilin 1 aprelindən həmin ailəyə ünvanlı sosial yardım təyin edilib.
Bu barədə Qanunvehedef.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
"Həmin vaxt pandemiya ilə bağlı sərt karantin rejimi olduğuna görə ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan yardım təyin olunmuşdu. Lakin sonradan müəyyən olundu ki, o, yardım üçün müraciət edərkən ailənin mülkiyyətində pay torpağı olduğunu qeyd etməyib. Qanunla belə hallarda (yəni ailənin əmlakı barədə məlumatlar müraciət zamanı qeyd edilmədiyi hallarda) yardım təyin oluna bilməz. Ona görə də Təyyar Səfərovun ailəsinə ödənilən sosial yardım dayandırılıb. Lakin Təyyar Səfərov elektron qaydada yenidən müraciət edərək, ailəsinin torpaq payı barədə məlumatları ərizə bəyannamədə qeyd edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına baxılacaq" - deyə DSM-nin açıqlamasında bildirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar