Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mağazanı soyan qardaşlar saxlanıldı

Baxılıb: 474     Tarix: 06-05-2021 11:41   
Siyəzən şəhərində soyğunçuluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan şəhər regional qrupundan Axar.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş - Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar.
Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar