Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rəşad Atakişiyevə şəhid statusu verildi - Açıqlama

Baxılıb: 363     Tarix: 07-05-2021 13:11   

Şəhid statusunun verilməsi ilə bağlı nikbin tonda danışmaq bir qədər ağır olsa da, deməliyəm ki, bu qərarı Rəşad Atakişiyevin ailəsi də, ata-anası da, elə mən də çoxdan gözləyirdik.
Qanunvehedef.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında bu günlərdə şəhid statusu verilən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, nəhayət, dövlətin müvafiq qurumları bütün situasiyaları nəzərdən keçirərək, araşdıraraq Rəşad Atakişiyevin döyüş şəraitinə yaxınlaşdırılmış gecə hərbi təlimlərində qüsursuz hərəkət etdiyi qənaətinə gəlib və ona şəhid statusunun verilməsi haqda qərar verib:
“Bütün bunlar Rəşad Atakişiyevin xatirəsi üçün göstərilən hörmətin nümunəsidir və onun qohumları tərəfindən dövlət rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır”.
Qabil Hüseynli söyləyib ki, Rəşad Atakişiyevə şəhid statusunun verilməsi barədə onun həyat yoldaşı Könül Atakişiyevaya mayın 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Yasamal rayon idarəsindən məlumat verilib.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Belə ki, Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.
Qeyd edək ki, 2019-cu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. O, avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar