Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edildi

Baxılıb: 432     Tarix: 17-05-2021 12:35   

Bakı-Sumqayıt dəmir yolu xəttində baş verən sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb.
Azərbaycan Dəmir Yolları QSC-dən Qanunvehedef.az-a verilən məlumata görə, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilmişdi.
Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar