Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şirvanda koronavirus xəstəsi saxlanıldı

Baxılıb: 507     Tarix: 19-05-2021 10:22   
Şirvanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, müəyyən edilən tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar