Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şəhid Pərviz Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunacaq

Baxılıb: 665     Tarix: 22-05-2021 11:48   

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyevın cənazəsi Tovuz rayonuna gətirilir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub.
Hazırda şəhidin evində vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçi yoldaşları iştirak edirlər.
Mərhum Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, P.Nağıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəliydi, iki oğul övladları Vətənə əmanət qaldı.

Allah rəhmət eləsin!

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar