Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Toylar başlayır: qiymət qalxacaq, ət bahalaşacaq - Video

Baxılıb: 486     Tarix: 25-05-2021 11:37   
Toyların keçirilməsinə icazə verildikdən sonra qoyulan şərtlər şadlıq saraylarında qiymət dəyişikliyi yarada bilər.
Bunu Qanunvehedef.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli toyların keçirilməsinə icazə veriləcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.
İqtisadçı bildirib ki, toyların hansı formada keçiriləcəyi toy xərclərinə təsir edəcək:
“Ehtimal var ki, ilkin olaraq toyların açıq havada keçirilməsinə icazə veriləcək. Nəzərə alaq ki, Bakı şəhərində açıq havada toylar təşkil edə biləcək restoranların sayı çox deyil, eyni zamanda, 1 ildən çoxdur yığılıb qalan toylar var. Bu da növbələrin yaranacağı, təlabatın artacağı və qiymətlərin qalxacağı deməkdir”.
Ekspert bildirib ki, pandemiya dövründə toylara qoyulan qadağa, kafe və restoranların işində müəyyən məhdudiyyətlər ət bazarında durğunluq yaratmışdı:
“Toylar bərpa olunduqdan sonra ət istehsalında da aktivlik müşahidə olunacaq. İlkin ehtimal odur ki, ət qiymətlərində də artım ola bilər”.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar