Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tanınmış aparıcıya vəzifə verildi

Baxılıb: 515     Tarix: 26-05-2021 14:54   

Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası (AQSİA) İdarə Heyətinin hesabat yığıncağı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, iclas zamanı İdarə Heyəti İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri, əməkdar jurnalist Mətanət Ağamirlinin AQSİA-nın İcraçı katib vəzifəsinə təyinatı barədə qərar qəbul edib.
Xatırladaq ki, Mətanət Ağamirli 26 ildir ki, aktiv jurnalist fəaliyyəti ilə məşğuldur. Lider TV-nin Türkiyə üzrə təmsilçisi, “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı vəzifələrində çalışıb. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olub.
YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktorudur. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilib.
Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası 2017-ci ilin oktyabr ayında (AQSİA) İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub. Hazırda yüzlərlə fəal işgüzar xanımı öz sıralarında birləşdirən qurum Azərbaycanın ən böyük qadın platforması hesab edilir.шаблоны для dle 11.2