Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SAATLI HƏKİMLƏRİNİN FƏDAKARLIĞI

Baxılıb: 934     Tarix: 01-06-2021 14:06   
 
Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səidə xanım həkimlərinin fəaliyyəti ilə II Qarabağ müharibəsində yaralanan əsgər və zabitlərə əsil vətənpərvərlik göstərmişlər. Qazilər onların yuxusuz qalaraq, daim onları diqqətdə saxladıqlarını deyirlər. Xəstəxananın cərrahı Əhədağa həkimdən və göz həkimi İbrahim həkimdən ürəkdolusu, çox razılıqla danışırlar. 2020-ci ilin may ayından avqust ayına kimi İmişliyə könüllü gedən həkimlərdən Saatlı rayon Fətəli kənd xəstəxanasının baş həkimi Cəlilova Səidə Çaxo qızı 31 ildir həkim işləyir. 3 il Cəlalkənd xəstəxanasının müdiri işləyib. Hal-hazırda Fətəlikənd xəsətxanasının baş həkimi işləyir. 4 ay İmişlidə karonaya qarşı könüllü olaraq qızmar yay istisinin verdiyi əziyyətlərə baxmayaraq, Saatlı rayon həkimləri əsil vətənpərvərlik göstərərək İmişli xəstəxanasında müalicə aparmışlar. Həmin həkimlərdən Səidə xanım başda olmaqla, Rafiq həkim, Adil həkim, Elmira həkim, Vüsalə həkim də vardır.
Nərimanov Rafiq Sarıbala oğlu 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin terapevt irxtisasını bitirib, həmin ildən bu günə kimi Dövlətin verdiyi təyinatla Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə-terapevt həkimi işləyir. Hal-hazırda karonadan müalicə etdiyi sağalan insanlar, Rafiq həkimi karona virusunun cəlladı adlandırırlar.Həsənova Vüsalə Zülfüqar qızı 2004-cü ildə Tibb Universitetini bitirib. Həmin ildən Saatlı Rayon Xəstəxanasından insanlara əsil fədakar bir həkim kimi qulluq edir. Hal-hazırda 10 minə qədər əhalisi olan Saatlı Rayon Qaranuru həkim məntəqəsinin müdiridir. Bütün sutka dövrü telefonu açıqdır. Gecə və gündüz xidmətdədir. Ona işi düşən insanların hamısı razılıq edirlər.
İmişlidə könüllü olaraq 4 ay karonaya qarşı müalicə aparan həkimlərdən Saatlı rayon Sarıcalar kənd həkim məntəqəsinin müdiri Səfərov Adil Əbil oğludur. Onun COVİD-ə qarşı müalicəsinin effektli olmasından danışırlar. Müalicə etdiyi xəstələrə şəfa verir, tam sağaldırlar.


Məqaləni yazdı:
«Sahibkarlıq və hüquq» qəzetinin xüsusi
müxbiri, «Qızıl qələm» mükafatçısı
Əlifağa Türkelli
(Məmmədov Əlifağa Nəhməd oğlu).
шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar