Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğanın dayısı oğlu Azərbaycanda - Açıqlama

Baxılıb: 635     Tarix: 03-06-2021 14:16   

Şəhid övladlarını Türkiyəyə dəvət etməyi planlaşdırırıq.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, bunu “Hədiyyə karvanı” layihəsi ilə Azərbaycanda səfərdə olan Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı, prezident Rəcəb Tayyip Ərdoğanın dayısı oğlu Mehmet Mutlu deyib.
M.Mutlu bildirib ki, Türkiyə qardaş ölkə olaraq daima Azərbaycanın yanındadır. Bu səbəbdən də şəhid övladlarını öz əmanətləri kimi qəbul edir.
İş adamı qeyd edib ki, növbəti layihələrində şəhid və qazi övladlarının Türkiyəyə səfərini təşkil etməyi planlaşdırırlar.
"Koronavirus pandemiya ilə əlaqədar konkret olaraq fikir bildirə bilmirəm. Amma belə bir planımız, niyyətimiz var. Pandemiya dönəminə uyğun olaraq bu istiqamətdə işlər görüləcək", - deyə M.Mutlu bildirib.
Xatırladaq ki, "Hədiyyə karvanı" layihəsini Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirir. Layihə çərçivəsində ümumi olaraq 16 şəhər və rayonda şəhid, qazi övladlarına hədiyyələr paylanılacaq.шаблоны для dle 11.2



buy yes2win seo ranking