Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Kaspi” Əli Həsənovdan rəsmən alındı

Baxılıb: 656     Tarix: 09-06-2021 11:26   
“Kaspi” qəzetinin təsisçisi dəyişib.
Qanunvehedef.az Bakupost.az-a istinadən xəbər verir ki, artıq qəzetin təsisçisi “Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.
Qəzetin dizaynı və imkanları da genişlənib. Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. “Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.
Ancaq daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.
Qeyd edək ki, “Kaspi” qəzeti Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçiliyi ilə dərc olunurdu. Ə.Həsənov vəzifədən getdikdən sonra qəzet maddi çətinliklə üzləşmiş və fəaliyyətini dayandırmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar