Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Həkim sağlam körpəyə 15 dərman yazdı - "Firma oyunu"

Baxılıb: 672     Tarix: 11-06-2021 15:04   

Bakıda həkim 2 aylıq uşağa çox ağladığına, köp və qaz sancısına görə 15-dən çox dərman təyin edib.
Qanunvehedef.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova qeyd edib.
Pediatr dərmanların fotosunu da paylaşıb və bildirib ki, sözügedən resepti yazan həkimin hərəkəti yolverilməzdir:
"Belə ki, “Gentamicin” antibiotik içməyə təyin edilib. Halbuki bu qrup antibiotiklər içməyə təyin edilə bilməz. Digər gördüyünüz balaca paketlər: "Luminal" qıcolma əleyhinə vasitədir, onu da körpəyə yatması üçün yazıblar, "Mezim forte" isə həzm dərmanıdır, böyüklər üçündür; probiotiklər, qulaq damcısi, göz damcısı, qaraciyər dərmanı və s... Ağıla gələn, gəlməyən nə varsa, yazıb".
Pediatr deyib ki, əslində uşaqda olan ağrı heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz-özünə zamanla keçəcək bir problemlərdir.
G.Rəsulova ehtiyac olmadığı halda 2 aylıq körpəni bu qədər zərərli dərmanla yükləməyə qəti etirazını bildirib.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar