Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İnanılmaz: “Acam” deyib, 80 yaşlı qadının evinə girdi... - Foto

Baxılıb: 581     Tarix: 14-06-2021 12:06   

Bakıda yaşlı qadının pulunun oğurlaması ilə bağlı tanınmış jurnalist Ləman Ələşrəfqızı məlumat paylaşıb.
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, jurnalist bir gəncin onun qonşusu Elmira adlı yaşlı xanımı aldatdığını yazıb. Bildirib ki, gənc oğlan yaşlı qadının bankomatdan pul çıxardığını görüb, yaxınlaşıb əlindəki zəmbilə kömək təklif edib:
“Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O mətbəxdə bu işləri görəndə, "igid" də Elmira nənənin əl çantasında səliqə-səhman işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan”.
Jurnalist oğrunun kameraya düşən fotosunu da yayıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, artıq məsələdən xəbərdardırlar.
“Araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra məlumat verəcəyik”, - polkovnik qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar