Xəbər lenti
19/11/2025 [10:24]
Bakıda obyekt yandı
19/11/2025 [09:59]
Ronaldo Ağ Evdə
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Məhkəmədə alimentə dair işlərə baxılma müddəti dəyişir

Baxılıb: 453     Tarix: 24-06-2021 15:53   

Məhkəmədə işlərə baxılması və həll edilməsi müddətlərinə dair tələblər dəyişir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. İşə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılmalı və həll edilməlidir.
Layihəyə görə, işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:
- işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay;
- ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay;
- digər mübahisələrə dair işlərə - 4 ay müddətində.
İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar digər mübahisələrə dair işlərə baxılması müddəti məhkəmənin qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2