Xəbər lenti
19/11/2025 [10:24]
Bakıda obyekt yandı
19/11/2025 [09:59]
Ronaldo Ağ Evdə
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Toy qərarından sonra qızıl bazarında qiymətlər - Video

Baxılıb: 511     Tarix: 29-06-2021 10:38   
İki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında da canlanmaya səbəb olub.
Qanunvehedef.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar toy bazarlığı üçün qızıl dükanlarına üz tuturlar.
Vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları kimi qiymətləri də fərqlidir. Bu qiymətlər qızılın əyarına, çəkisinə, firmasına, istehsal ölkəsinə və üzərindəki işləmələrə görə dəyişir.
Satıcılar qiymətlərin qalxmadığını deyirlər. Onların sözlərinə görə, pandemiyadan əvvəl qiymətlər hansı səviyyədə idisə, indi də elə qalıb.
Elə alıcılar da qiymətlərin qalxmadığını deyirlər. Nişan üzükləri 500 AZN-dən 1500 AZN-ə dək qiymətlərdə dəyişir. Dəst qızılların qiyməti isə 1500-4000 manat arasındadır.
Qızıl ticarəti ilə məşğul olanlar yaxın gələcək üçün qızılın qiymətinin artmayacağını proqnozlaşdırırlar.
шаблоны для dle 11.2