Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu şənbə və bazar günü ictimai nəqliyyat işləyəcək? - RƏSMİ CAVAB

Baxılıb: 674     Tarix: 01-07-2021 13:16   

Bu həftə şənbə və bazar günləri ictimai nəqliyyat və metronun fəaliyyəti ilə bağlı qərar açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, Baku.ws bu məqsədlə "Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu göndərib.
Hər iki qurumdan açıqlanıb ki, iyulun 3-ü həm ictimai nəqliyyat, həm də metro fəaliyyət göstərəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.шаблоны для dle 11.2