Sentyabrda universitetlər açılacaq? - Ekspert
Baxılıb: 301 Tarix: 07-07-2021 10:59

Qanunvehedef.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Musavat TV-də canlı yayım zamanı məktəblərin sentyabrda açılacağı fikrinə münasibət bildirərkən deyib.
“Necə ola bilir ki, tələbələr Formula-1 və futbol yarışlarına, o cümlədən toylara, restorana, metroya gedə bilir, lakin universitetə gedə bilmirlər? Burada müəyyən qədər haqsızlıq var. Dünyada və ölkəmizdə vaksinasiya könüllüdür. Dünya reytinqində iştirak edən ali təhsil müəssisələri vaksinasiyanı tələb olaraq ortaya qoyublar. Təhsil Xidməti Araşdırma Mərkəzi olaraq təkliflərimizi hazırlamışıq. Hesab edirik ki, sentyabrda dərslər başlamalıdır”, - ekspert qeyd edib.
K.Əsədov bildirib ki, bütün tələbələrin səhhəti imkan verərsə, peyvənd olunmaları mütləqdir. Lakin peyvənd olunmayan tələbənin dərsə buraxılmayacağı ilə bağlı qadağa yoxdur:
“İndiyə qədər tələbələrin 40%-ə qədəri peyvənd olunub. Bu, yaxşı göstəricidir. Türkiyə Təhsil Nazirliyi artıq sentyabrdan təhsil müəssisələrinin açılacağını qarşıya hədəf qoyub və bununla bağlı işlər görür. Lakin Azərbaycandakı universitetlərdən bunu soruşsaq, Nazirlər Kabinetinin qərarını gözləyirlər. Təhsili idarə edən qurumlar və təhsil müəssisələrimiz məsələninin məsuliyyətini öz üzərilərinə götürmək istəmirlər. Xarici ölkələrdə tələbələr arasında peyvəndlə bağlı maarifləndirmə işləri aparılır. Bizdə bu yoxdur. Universitet açılsa, 200 minə yaxın tələbə aktiv həyata girir. Bu qədər tələbənin ən azı 80%-i peyvənd olunmalıdır ki, yoluxma riski azalsın”.
Ən çox oxunanlar
Son xəbərlər