Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Kamran Əliyev Rusiyaya getdi

Baxılıb: 524     Tarix: 07-07-2021 11:29   
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sankt- Peterburq şəhərinə səfərə gedib.
Baş Prokurorluqdan Qanunvehedef.az-a verilən məlumata görə, səfər zamanı Kamran Əliyev Rusiyanın Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edəcək.
Azərbaycanın Baş prokurorunun “Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi nəzərdə tutulur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar