Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Cəlilabad: 2021-ci ilin birinci yarısı uğurlu göstəricilərlə yekunlaşmışdır

Baxılıb: 1 099     Tarix: 22-07-2021 16:40   
 
Cəlilabad rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün sahələrdə uğurlu nəticələr əldə edilib. Rayon sakinlərinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq-abadlıq işlərinin müsbət nəticələrindən daha çox bəhrələnən rayonlardan biri də məhz Cəlilabaddır. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısını əvəz edən 1-ci müavin Mansur Məmmədovun, RİH-nin Cəlilabad şəhəri üzrə nümayəndəsi Mirməhəmməd Kazımovun və Cəlilabad Rayon Yol Tikinti İdarəsinin rəisi Xudayar Rəhimovun rəhbərliyi və nəzarəti ilə Cəlilabad rayonunda abadlıq-quruculuq işləri vüsət almış,  bir çox küçələr sürətlə asfaltlanmışdır. Zərifə Əliyeva adına olan küçə hazırda tam asfaltlandığından əhalinin xidmətindədir.Cəlilabadın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı yüksək səviyyədə inkişaf etməkdədir. Bu inkişafa nail olunmasında Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovun və DAİM-nin 7 nəfərlik işçi heyətinin xidmətləri böyükdür.

Rayonda sosial-iqtisadi məsələlərin həllində yerli özünüidarəetmə qurumlarının da rolu böyükdür. Ağdaş kənd bələdiyyəsinin sədri Asəf İsmayılovun özünün şəxsi təşəbbüsü ilə 46 km kəndlərarası yollar təmir olunub, yaşıllıqlar salınıb.

Cəlilabadın bütün inzibati ərazi vahidləri üzrə nümayəndəlikləri rayonda gedən inkişafa öz töhfələrini verirlər. Fəaliyyəti təqdir olunan belə dövlət qulluqçularından Göytəpə icra nümayəndəsi Hüseynov Sabir, QaraZəncir kənd icra nümayəndəsi Zamanov Elçin, Kövüzbulaq bələdiyyəsinin sədri Abbasov Həmid Kövüzbulaq və Edişə qəbirstanlığının ətrafına dəmir torla hasar çəkmişlər. Cəlilabadın Günəşli kəndi üzrə icra nümayəndəsi Xanlar Şabanovun, bələdiyyə sədri Fəxrəddin Səfərovun da fəaliyyətləri razılıqla qarşılanır.

Rayonda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlməkkdədir. “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azadxanov Elnur Türkiyədə təhsil almış, 20 ilik həkimlik təcrübəsi toplamışdır. Təqdirəlayiq fəaliyyətinə görə bu il Prezident tərəfindən “Tərəqqi medalı” ilə təltif olunub.

Məlumat üçün bildirək ki, xəstəxanada 1241 nəfər işçi heyəti çalışır. 2020-ci ilin fevral ayından 23 may 2021-ci ilə qədər Covid xəstəxanası kimi fəaliyyət göstərib. Xəstəxanada ünsiyyətdə olduğumuz pasientlər və xəstə qohumları insanların sağlamlığının keşiyində dayanan Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin müdiri Balışov Tərlan həkim, Terapiya Şöbəsinin müdiri - Mirzəyev Vüqar, Reanimasiya Şöbəsinin müdiri - Rzayev Sənan, Pediatr Əliyeva Könül və Göz Şöbəsinin müdiri - Sədrəddin həkim haqqında yüksək fikirlər söylədilər.

Adları çəkilən təcrübəli tibb işçilərinin fədakarlığı sayəsində rayonda ölüm göstəricisi 8%-dən az olmuşdur.  2500-dən artıq xəstə covid-19 infeksiyasından dən müalicə olunub, 3000-dən artıq xəstə ev şəraitində müalicə alıb sağalmışdırlar.

Xanəgah kənd Ailə Sağlamlıq Mərkəzinin direktoru Malik həkim Səhiyyə Nazirliyi tərəfindən fəxri-fərmanla və Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Uzun illərdir ki, səhiyyə sahəsində çalışan Malik həkim telefonunu sutkanın 24 saatı ərzində əhaliyə yardım və xidmət etmək üçün açıq saxlayır.

Rayon rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət yetirir. Məktəb kollektivləri bu diqqətcil münasibətə qazandıqları nailiyyətlərlə cavab verirlər. Qabaqcıl təhsil müəssisələrindən təcrübəli pedaqoq Tahir Əskərovun direktorluq etdiyi Alar kənd 2 nömrəli tam orta məktəbində 352 nəfər şagirdin təlim-tərbiyəsi ilə 33 nəfər müəllim məşğuldur. Qeyd edək ki, 28 nəfər şagirddən 18 nəfəri ali təhsil almaq üçün sənədlərini təqdim ediblər.
3 nömrəli məktəbin direktoru İlahə Bayramova, tədris işləri üzrə direktor müavini İlham müəllim rayonun sayılıb-seçilən aparıcı təhsil işçilərindəndir. 477 nəfər şagirdin təlim-tərbiyəsi ilə 30 nəfər müəllimin məşğul olduğu bu məktəbin builki 15 məzunundan 12 nəfəri ali məktəbə sənəd verib.

Əfilağa Həsənov adına 2 nömrəli Günəşli tam orta məktəbin direktoru, 47 illik pedaqoji staja malik Kəramət Həsənov 33 nəfər müəllim kollektivinə, 370 nəfər şagird kontingentinə rəhbərlik edir. O da başa çatmış dərs ilinin yekun göstəricilərinin uğurlu olacağını gözləyir.  Bu il 22 nəfər 11-ci sinifi bitirib, onlardan 16 nəfəri ali məktəbə qəbul olunmaq üçün sənəd verib.

Nizami İsmayıəlovun uğurla rəhbərlik etdiyi 1 nömrəli Günəşli kənd tam orta məktəbdə 666 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər müəllim məşğul olur. Burada 38 nəfər şagird orta məktəbi bitirmiş, 25 nəfəri isə ali təhsil almaq üçün sənədlərini vermişlər.

Rayonda şəhidlərin xatirəsinə həsr olunan idman yarışlarrının keçirilməsi bir növ ənənə halını almışdır. Bu ilin mart ayında şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib. Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Həsənova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Fikrət Sideifzadə, Cəlilabad rayon Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov, şəhidin atası Arif Abdullayev, həyat yoldaşı Gülnar Abdullayeva, müəllimi Firudin Zeynalov iştirak ediblər. Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verilib. Səksəndən çox şahmatçının iştirak etdiyi turnirdə ən yüksək nəticə göstərən Amin Qurbanov, Nərmin Abdinova, Yunis Mahmudzadə ilk üçlükdə qərarlaşıblar. Qızların arasında Fatimə Mirzəliyeva birinci yerə layiq görülüb. Leyla Budaqova və Aytac Məmmədova isə ikinci və üçüncü yerləri tutublar. Qeyd edək ki, rayonda Şahmat məktəbinin direktoru Zülfiqarov Abas Mahmud oğlu 19 nəfər müəllim həmkarı ilə birgə Cəlilabadda idmanın bu növünün inkişafına əhəmiyyətli xidmətlər göstərmişlər.

Cəlilabad Rayon Mədəniyyət Mərkəzi əhaliyə mədəni xidmətlər göstərilməsi sahəsində bir çox uğurlara imza atmışdır. Bu uğurların əldə olunmasında Mərkəzin direktoru Ramil İbrahimovun, baş mühasib Elnur Atakişiyevin əhəmiyyətli xidmətləri vardır. Onların çox ciddi səyi ilə Mədəniyyət Mərkəzinin fəaliyyəti çox yüksək səviyyədə davam etməkdədir.

Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə əlilləri, qazilər diqqət və qayğı ilə əhatə olunmuşlar.  Belə ki, 7 şəhid və qazi ailələri güzəştlə münasib işlə təmin olunublar. İlin 1-ci yarısında 6-video çarx hazırlanmışdır. Onlardan 280-i vətənpərvərlik, 110 video çarx “N. Gəncəvi ili”nə aid, qalanları tarixi və əlamətdar günlərlə bağlıdır. İyunun 26-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Mansur Məmmmədov,hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə təqdim olunub.Daha sonra rayonun hüquq-mühafizə orqanlarının təşkilati dəstəyi ilə çapdan çıxmış “Şəhidlik zirvəsinə ucalanlar” kitabının təqdimatı keçirilib.

Rayonda yoluxucu xəstəliklər əleyhinə mütəmadi profilaktik tədbirlər görülür. Cəlilabad rayon Dezinfeksiya İdarəsi tərəfindən həftədə 2 dəfə dezinfeksiya işləri aparılır.

Cəlilabad rayon Mənzil İstismar Sahəsi birbaşa vəzifəsini layiqlə həyata keçirməklə yanaşı, rayonda əhalinin məşğuulluğunun təmin işinə də sanballı töhfə verir. Əliyev Füzuli Balo oğlunun rəhbərlik etdiyi MİS-nin 12 nəfər işçisi vardır, daha 82 nəfər də “DOST” İş Mərkəzi tərəfindən cəlb olunmuşdur.

Cəlilabad RİH başçısının humanitar məsələlər üzrə müavini Həsənova Elnarə xanımın çox ciddi nəzarəti ilə rayon rəhbərliyinin təhsil, səhiyyə və mədəniyyət sahələri ilə işi səliqəli qurulmuşdur.

Bütün bu sadaladığımız işlər 2021-ci ilin birinci yarısını uğurlu göstəricilərlə yekunlaşdıran Cəlilabadda gedən dinamik iqtisadi-sosial inkişafı təmin edən proseslərin sadəcə bir hissəsini əks etdirir. Bununla belə, yalnız bu prosesləri müşahidə etməklə də belə bir qənaətə gəlmək olur ki, Cəlilabad RİH-nin başçısı əvəzi cənab Mansur Məmmədovun rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində işlər yüksək effektivliklə həyata keçirilməkdədir.
 
Məqaləni hazırladı: Əlifağa Türkelli
 (Məmmədov Əlifağa Nəhməd oğlu), xüsusi müxbir,
 “Qızıl Qələm” mükafatı laueratı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar