ADA-nın “Yay düşərgəsi” "Azercell"də!
Baxılıb: 471 Tarix: 27-07-2021 10:52

Qanunvehedef.az xəbər verir ki, daha sonra "Azercell" şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. "Azercell"in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və "Azercell" tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Azercell" şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.
Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən "Azercell", həm də, istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa “Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, "Azercell" şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Ən çox oxunanlar
Son xəbərlər