Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

EV MUZEYİNİN AÇILMAĞINA KİMLƏR MANE OLUR?

Baxılıb: 457     Tarix: 27-07-2021 17:48   
 
(Ev Muzeyi və Açıq Havada Muzeyi və Tarixi Abidələrin bərpası və mühafizəsi barədə müraciət:)
Cəmiyyətə fayda gətirən xeyirxah insanlar həmişə xalq tərəfindən sevilmiş və hörmət göstərilmişdir. İşi və əməlləri ilə həyata məna gətirən, elinin-obasının sevimlisinə çevrilən o qədər insanlar var ki. Belələri həm sağlıqlarında, həm də dünyalarını dəyişdikdən sonra da yaddan çıxmır, xatirələrdə, yaddaşlarda heykələ çevrilib yaşayırlar.
Başqalarına maddi və mənəvi dayaq durmaq, ehtiyacı olanlara kömək etmək, yıxılanı ayağa qaldırmaq yaxşı və xeyirxah adamların işidir.
Sonabəyim Ağadadaş qızı Atamalıyeva da belə gözəl insanlardan biri idi. Sağlığında hamı ona xanım Həzrət Sonabəyim, – deyə müraciət edirdilər. 2001-ci ildə dünyasını dəyişən xanım Sonabəyim 7 övlad böyütmüşdür. Onlara düzgün tərbiyə vermiş, cəmiyyət üçün xeyirli adam olmalarına çalışmışdır. Qonum-qonşuya, tanış-bilişə həmişə diqqət göstərmiş, maddi və mənəvi ehtiyaclarını ödəməyə çalışmışdır. Elə buna görə də yaşadığı Şirvan şəhərində onu hörmətlə yad edirlər.
Xanım Həzrət Sonabəyim (əleyhissəlam) xeyirxah qadın idi, mərhəmət, yaxşılıq, başqalarının dərdinə şərik olmaq onun əsas həyat amalı idi. Ürəyi insanlara sevgi ilə dolu idi. Sonabəyim xanım işi, əməlləri, xasiyyəti, xoş rəftarı, mehribanlığı ilə onu tanıyanların qəlbində silinməz izlər qoyub getdi.
2000-ci ildə onun yaşadığı 2 mərtəbəli fərdi ev və bütün həyət, bağ, mülk, əmlak büsbütün hamısı övladlarının razılığı ilə oğlu Telman Atamoğlan oğlu Atamalıyevə bağışlanmışdır. 4 bacısı yazılı şəkildə buna razılıq vermişdir. Telman Atamalıyev anası üçün ev muzeyinin təşkili ilə əlaqədar işə başlayır. EV MUZEYİ və AÇIQ HAVADA MUZEYİ və TARİXİ ABİDƏLƏRİNİN təsisi və təşkili üçün o Respublika Ədliyyə Nazirliyinə 2 dekabr 2002-ci ildə 58 №-li məktubla, 30.03.2004-cü ildə 772 №-li məktubla, 27.09.2004-cü ildə 421 №-li məktubla lazımi sənədlərlə birlikdə müraciət etmişdir.
--- Xatırladaq ki, qanunçuluğa əsasən qeydiyyat üçün Ədliyyə Nazirliyinə sənədlərlə birgə müraciəti çatmış şəxsə Ədliyyə Nazirliyindən cavab gəlsə də-gəlməsə də müraciəti çatmış şəxs qeydiyyata alınan şəxslərin hüquqları və səlahiyyətləri qədər hüquqlara və səlahiyyətlərə malikdir.--- Qanunçuluğa əsasən əsasən; bu hüquq və səlahiyyətlər hələ 2001-2002-ci illərdə Telman Atamalıyev üçün də yaranmışdır.
Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və İcraçıları İdarəsinin rəisi C.M.Muradovun imzası ilə 13.10.2000-ci ildə 4/2034 №-li və 06.12.2000-ci il tarixli məktubla ərizəçiyə cavab verilmişdir. Bundan əlavə rəis müavini A.G.Cavadovun 3 may 2000-ci il tarixli 17/15-854 №-li və 13.07.2000-ci il 17/15-1375 №-li məktubları tədbir
görülmək üçün Şirvan şəhər Məhkəməsinə göndərilib. Nazirliklərdən və baş idarələrdən, Nazirlər Kabinetindən, Milli Məclisdən, Prezident Aparatından, Şirvan şəhər yerli rəhbər orqanlara, həmçinin məhkəmə, prokurorluq, hüquq-mühafizə orqanlarına valideynlərinin yazılı müraciətləri sənədlərlə birgə göndərilmişdir. Birini qeyd edə bilərik ki, Konstitusiya Məhkəməsindən 30 avqust 2002-ci il tarixli 15-S-954 nömrəli məktubla valideynlərinin öz xəttiylə yazdıqları ərizələri sənədlərlə birgə tədbir görülməyi üçün Şirvan şəhər İcra Hakimiyyətinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti muzeylər və tarixi abidələrə aid olan işlərin həyata keçirilməyini həmçinin dörd qurumlara: 1) Mədəniyyət Nazirliyinə, 2) Ekologiya Nazirliyinə, 3) Milli Elmlər Akademiyasına, 4) Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırmışdır. Buna əsasən də həmin dörd qurumlara ev muzeyi və açıq havada muzeyi və tarixi abidələrin ehtiyaclarının təmin edilməyi üçün təsisçi (Şirvan şəhərindən ilk) ekstrasens Telman Atamalıyevin sənədləmə ilə rəsmi müraciətləri daxil olmuşdur. Hətta, YUNESKO-nun himayəsinə alınması üçün YUNESKO-nun xoş məramlı səfiri, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın ünvanına da məktubla və faksla sənədlərlə birgə müraciətləri daxil olmuşdur.
Ev muzeyinin təşkili və lazımi şərait yaradılması üçün Telman Atamalıyevə kömək göstərilməlidir. Dəfələrlə müraciətə baxmayaraq bu iş özünün müsbət həllini tapmayır. Ölkə Başçısına, Baş Prokurora edilən müraciətlər işin həlli üçün köməklik göstərilməsinə şərait yaradır.
T.Atamalıyevin anası üçün ev muzeyi təşkil etməsi ilə ilgili dövrü mətbuat səhifələrində də yazılar getmişdir. “İnsan hüquqları” qəzetinin 25.04.2003-cü il tarixli nömrəsində, “Korrupsiya və qanun” qəzetinin 21 sentyabr, 5 oktyabr 2018-ci il nömrələrində bu barədə məqalələr dərc olunmuşdur.
Ümid edirik ki, Telman Atamalıyev son nəticədə öz məqsədinə çatacaq və təsis etdiyi anasının ev muzeyini aça biləcək, əlaqədar təşkilatlar da bu işdə --- ev muzeyi və açıq havada muzeyləri və tarixi abidələrinin bərpası və mühafizəsi sahəsindəki işdə --- ona köməklik göstərəcəklər.
Bu işə mane olanlar isə cəzalanacaq.
Şirvan şəhər ziyalılarından bir qrupuшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar