Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda taksi sürücülərinin "razborka"sı: "Kişi kişinin çörəyinə bais olmaz"

Baxılıb: 724     Tarix: 28-04-2018 15:19   
 Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin müştəri davası qanla nəticələnib. Sürücülər arasındakı anlaşılmazlıq onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya göndərib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini 27 yaşlı Saleh Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanunvehedef.az virtualaz.org-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Saleh Quliyev ötən il oktyabrın 6-da müştəri üstündə taksi sürücüsü, Xaçmaz rayon sakini 35 yaşlı Ramin İsmayılovla mübahisə edərək onu bıçaqlayıb. Törətdiyi cinayət əməlinə görə Saleh Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Saleh Quliyev ifadəsində özünə məxsus avtomobillə mütəmadi olaraq "Şamaxinka"dan Xaçmaz rayonu sərhəd keçid məntəqəsinə müştəri apardığını göstərib. Hadisə baş verən gün maşında üç nəfər müştəri olub, yola çıxmaq üçün daha bir nəfər müştəri gözləyərkən qırmızı rəngli "Mersedes Benz"in sürücüsü onun yaxınlığında maşını saxlayaraq müştəri çağırmağa başlayıb.
Elə bu vaxt Salehin avtomobilindəki 35-40 yaşlı qadın maşından düşüb həmin avtomobilə doğru gedib. Saleh sürücüyə yaxınlaşaraq nə üçün "mərdiməzarlıq" etdiyini soruşub: "Dedim, o qadın mənim müştərimdir, hamımız evimizə bir tikə çörək aparmaq üçün yola çıxmışıq. Üstümə gələrək, "yaxşı eləyirəm" dedi. Mənsə cavabımda "kişiyik, kişi kişinin çörəyinə bais olmaz" deməklə kifayətləndim. Bunu demişdim ki, sinəmdən möhkəm itələdi, yerə yıxıldım, ardınca söyüş söyməyə başladı".
S.Quliyevin ifadəsinə görə, sürücüyə gücü çatmadığını görüncə, bıçağa əl atıb: "Ayaq nahiyəsinə bir neçə dəfə vurdum ki, məndən əl çəksin. İki nəfər cavan oğlan onu xəstəxanaya apardı, mən də evə getdim. Hadisə barədə ailə üzvlərimə məlumat verdikdən sonra polisə yollandım. Ramini öldürmək niyyətim olmayıb, onu bıçaqla vurmaq fikrim də yox idi. Hərəkətləri pis təsir etdiyindən, məni döyməyinin qarşısını almaq üçün vurmuşam".
Zərərçəkmiş Ramin İsmayılov ifadəsində göstərib ki, hadisə baş verən gün Xaçmaz rayon sərhəd keçid məntəqəsinə getdiyi üçün yolüstü "Şamaxinka"dan bir nəfər müştəri götürmək istəyib: "Bir nəfər qadın maşına yaxınlaşıb mənimlə getmək istədiyini dedi. Həmin qadının arxasınca iki nəfər gələrək narazılıq etməyə başladılar. Onların ikisini də üzdən tanıyırdım. Taksi fəaliyyəti ilə məşğul olduqlarını bilirdim. Narazılıq edən sürücüyə qadını aparmaq niyyətim olmadığını dedim. Amma müştəri özü həmin şəxslə getmək istəmədiyini söylədi. Sürücülər isə mübahisə etməyə başladılar, onlardan birinin sinəsindən itələdim, arxaya gedib öz maşınına dəydi. Sonra bıçaqla üstümə gələrək məni vurdu. Qaçıb getdilər. İki nəfər evakuator sürücüsü məni öz avtomobilimlə Respublika Kliniki Xəstəxanasına apardılar".
Məhkəmənin hökmü ilə Saleh Quliyevin barəsində Cinayət Məcəlləsinin 62 -ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar