Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ
Baxılıb: 608 Tarix: 30-04-2018 12:55
"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.
Sürücü və piyadaların "tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram", -deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişinə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda "keşikçi-sərnişin" təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, "bu dəqiqə gəlir" deməkdən ibarət olur".
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Modern.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədovun sözlərinə görə, başqa "metod"lar da tapılıb – daxili işlər orqanlarının və digər hüquq-mühafizə orqanlarına məxsus fərqləndirmə nişanları olan gödəkçə, baş geyimi və mətbu qəzet və nəşrlərini və digər vasitələri əldə edib, nəqliyyat vasitəsinin görünən yerində qoymaqla, deyir ki, "avtomobilimə toxunmayın...".
"Bu halları edənlər mütləq bilməli və agah olmalıdır ki, yolverilməz olan hər bir hal ictimai qınaq yaradır, foto və videoları çəkilməklə sosial şəbəkələrdə açılan müzakirələrdə diqqəti yol polisinin fəaliyyətinə yönəldir...
Hətta səbəblər o qədər sadə və sıradandır ki, bu vəziyyəti yaradanlar özlərini haqlı hesab edir. İnzibati xəta tərkibi olduğunu nəzərə almadan yol verilən bu hallar yol polisini qayğılandırır. Əgər gün ərzində tərəfimizdən dayanma, durma və parklanma qaydalarının pozulması ilə 800 –dən artıq inzibati protokol tərtib olunursa, 2000 –dən artıq sürücüyə şifahi xəbərdarlıq varsa, onların arasında polisdən narazılıq edənlər tapılır. Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir. Əgər bir sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60 dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır.
Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır. Bu meyarı qorumaq hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, həm də mənəvi məsuliyyətidir. Çünki yollarda məsuliyyət həddən artıq fərdidir, özünəməxsusluq daşıyır. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmaqla əməl etməlidir".

Ən çox oxunanlar
Son xəbərlər