Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Damla və Şəbnəm arasında ər davası - qalmaqal

Baxılıb: 1 094     Tarix: 30-04-2018 13:59   
 Uzun müddətdir araları soyuq olan müğənni Damla və Şəbnəm Tovuzlunun münasibətləri daha da gərginləşib.
Şəbnəm Tovuzlu öz "İnstagram" hesabında paylaşdığı fotoyla şou-nümayəndələrinə söz atıb:
"Gündüz başı şöhrətə qarışıb, gözü ətrafı görməyənlər, gecələr yalnızlıqdan gözyaşı tökənlər. Fikir verməyin, həyatdır, hər kəs ağıllı ola bilməz".
Şəbnəmin bu qalmaqallı atmacasından iki saat sonra isə Damla övladının fotosunu paylaşaraq, sanki həmkarına cavab göndərib: "Allah bütün qadınlara halal kəbindən və qanuni nikahdan atasının soyadını daşıyan övladlar nəsib etsin".
Bu söz-söhbətlər haqda Şəbnəm Tovuzlu Open.az-a danışıb:
"Yiyəsi sözünü götürər. Sözlərimin arxasındayam. Bəli, bu sahədə gündüz başı şöhrətə qarışanlar, gecə gözyaşları içində başqasının ailəsinə həsədlə baxırlar. Ola bilər Damla xanım foto paylaşıb. Nə məqsədlə paylaşıb bilmirəm. Damla da oğlunun atasından ayrılıb, bilirəm. Mən də boşanmışam və evdə qızım üçün atadan artıq olan insan da var, başımızın tacıdır. Qızıma övladı kimi baxan bir adamdır. Oğlum Əlinin atasıyla rəsmi nikah da var, kəbin də var. Lazım olsa sübut da edərəm. Mənim evləndiyim şəxs, ailəsindən boşanan adamdır. Niyə nikaha girməyim? Damla mən paylaşandan bir-iki saat sonra elə paylaşım edibsə, demək sözü özünə götürüb. Yəni sözü yiyəsi götürər. Damla xanım onsuzda hər gün ağlayır. Kədərli insandır. Bu sənətdə özümə tay görmürəm, öz izləyicilərim, öz kütləm var".
Qeyd edək ki, məşhurlar sosial şəbəkədə bir-birini izləmir.//sonxeberшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar