Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rəqsanənin qızı böyük cinayət edib, onu məhkəməyə verəcəm -VİDEO

Baxılıb: 659     Tarix: 01-05-2018 14:23   
 "Körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Mənə şər atdığına görə Rəqsanənin qızın məhkəməyə verəcəm"
Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.
Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür. Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb. O qeyd edib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb.
Nəhayət Əliyeva
1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun Rəqsanənin qızıdır və bizim körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.
Baş həkimin sözlərinə görə, arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi.
''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görsənən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızın məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harda işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?'' - N.Əliyeva əlavə etdi.
***
Körpələr evinin baş həkimi Nəhayət Əliyeva "Qafqazinfo"ya da açıqlama verərək bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını açıqlayıb.
Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib:
"Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar