Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Məhkəmə narkotik satan aptek rəhbərinə hökm oxudu

Baxılıb: 687     Tarix: 01-05-2018 15:56   
Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirli bilinən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
İlkin Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Günel İslamovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin edilib və cəzası şərti hesab edilib.
İttihama görə, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və Günel İslamova Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Məlum olub ki, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar