Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazirlik istirahət mərkəzi ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Baxılıb: 748     Tarix: 02-05-2018 09:48   
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.
 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.
 
 
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar