Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Vəkilliyi qəbulla bağlı YENİLİK: 3 illik staj bir ilə endirilir - TƏKLİF

Baxılıb: 717     Tarix: 02-05-2018 10:42   
"Vəkilliyə qəbulla növbəti imtahan payızda olacaq"
 
Qanunvehedef.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
 
 
Sədr qeyd edib ki, vəkil olmaq istəyənlər üçün sənəd qəbulu aprelin ayının 16-dan başlayıb: "Vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq".
 
A.Bağırov qeyd edib ki, vəkilliyə qəbul edilən şəxslərə yeni vəsiqələr təqdim olunub:
 
"İndiyə qədər vəkillərin vəsiqələri qırmızı kitab formasında idi. Hazırda yeni vəsiqələri beynəlxalq standartlara uyğun olaraq hazırlamışıq. Yeni vəsiqələrdə Azərbaycan dili ilə bərabər, ingilis dilində də məlumatlar olacaq. Vəkillər və vəkillik haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Vəkilliyə qəbulla bağlı 3 illik stajın bir ilə endirilməsini təklif edirik. 3 illik staj 1 ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr. Bizdə 3 illik staj olduğuna görə universiteti bitirənlər başqa sahələrə gedirlər. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar