“Gələcəyin Perspektivli Dövlət Məmur İdeologiyası”
Baxılıb: 541 Tarix: 11-09-2025 11:15

Hər zaman mən müsahibə üçün yaxınlaşdığım insanların mükəmməl anlayışlı və möhkəm xarakterli olmasını istəyirəm. Çünki, mükəmməl müsahibin verdiyi müsahibədə mükəmməl olaraq oxucuya yararlıdır. Bu dəfəki, müsahibim də məhz belə insanlardandır.
Bu gün haqqında söhbət açacağım gəncin marağlı sənət ömrü çox, şəxsi həyatına vaxtı az olsa da, belə onu vətəndaş kütləsi çox yaxşı tanıyır. Çünki, o zamanında vətəndaşların kifayət qədər rəğbətini qazanıb. Ona görə də vətəndaşlar haqqında düşünəndə gözlərim önündə təkcə bir nəfər gəlir.
Əlbəttə, söhbət Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin Sosial Yardım və Müavinatlar Sektorunun baş məsləhətçisi Elvin Ağaəli oğlu Məmmədovdur.
Elvin Məmmədov 23 dekabr 1987-ci ildə Azərbaycanımızın doğma diyarı olan Şirvan şəhərində anadan olmuşdur. O, doqquz yaşında ikən valideynləri ilə birlikdə Bakı şəhərinə köçmüşdür. O, gündən-bugünədək Bakıda valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Ailədə atası Ağaəli, anası və ailəli olan bir bacısı var.
Müsahibim ali təhsilidir. Elvin Məmmədov Azərbaycan İqtisadiyyat Universitetində təhsil aldığı müddətdə şirkətlərin birində çalışmış, daha sonra təhsilini uğurla başa vurmuşdur.
2011-2013 və 2014-2017-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu, Suraxanı rayon şöbəsində vəzifəsi üzrə məsuliyyətli fəaliyyət göstərmişdir.
Elvin Məmmədovun bacarıqlı işçi olması barəsində çox eşitmişdim. Ancaq bir gün özüm bunların canlı şahidi oldum. Necə deyərlər: “Bir insanı tanımaq üçün onunla yol yoldaşı olmaq kifayətdir”.
Müsahibimlə tanışlığım gözəl məkanların birində tanınmış “Avand ailəvi” restoranında olmuşdur. Masamız iki stəkan çay, iki dilim limon və bir ksok tortdan ibarət idi.
Elvin Məmmədovla işlə bağlı bir xeyli həmsöhbət olduq. O, mənim suallarıma Dövlət Sosial Müdafiə Fonduna müraciət edən vətəndaşların problemləri ilə bağlı bir çox məsələlərin həlli yoluna aydınlıq gətirdi.
Müsahibimlə bir xeyli müzakirədən sonra mən tək bir həqiqətə əmin oldum ki, hələ də vicdanlı dövlət işçilərimiz var. Əlbəttə, sözüm hər bir dövlət işçisinə şamil edilmir. Dövlət işçilərinin bəziləri rüşvət almaqla, həmçinin vətəndaşlarımızı yersiz yerə incitməklə məşğuldurlar.
Elvin Məmmədov isə işini və vəzifəsini layiqincə, hətta mən deyərdim ki, layiq olduğundan artıq yerinə yetirərək kimsəyə fərq qoymadan Dövlət Sosial Müdafiə Fonduna müraciət edən vətəndaşları qəbul edir və tam xidmət göstərərək problemlərinin həllinə yardımçı olur.
Müsahibim həmçinin hər həftənin dördüncü günü Azərbaycan radiosunda “Sual-cavab” verlişinin qonağı olur.
Elvin Məmmədovun digər bir xarakteri açıq, səmimi, gülərüz və çox savadlı olması ilə yanaşı, bildiyini sirr saxlayan insan olmasıdır. Bundan əlavə onun şəxsi həyatında müasir gəncliyə, sağlamlığa zərər olan heç bir hal yoxdur. İçkidən və siqaretdən uzaqdır. Sakit təbiətlidir və öz sənətinin vurğunudur. Dostları və qohumları arasında hörmətə malikdir.
Unutmayın, ciddi fəaliyyət hər zaman ciddi səmərə verir. İnsan kamilik zirvəsinə yetişəndə maddilik adlanan məhdud çərçivədən kənara çıxır. Onun xoş əməlləri, xeyirxahlığı yaddaşlarda, söhbət və yazılarda həmişəlik yer tutur. Fərqi yoxdur, o cismən mövcud olsun və ya olmasın. Başlıcası, onun hər iki anlamda dəyərlənməsi, xatırlanmasıdır.

Aybəniz ABDULOVA
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
Yazar, araşdırmaçı jurnalist
Ən çox oxunanlar
Son xəbərlər