Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tibb Universitetinə yeni prorektor təyin olundu - Foto

Baxılıb: 723     Tarix: 05-09-2025 11:53   

Azərbaycan Tibb Universitetində yeni təyinat olub.
“Qafqazinfo”nun məlumatına görə, Anar Əzəm oğlu Ağayev bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illərdə isə professor vəzifəsində çalışıb.
2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, bu il aprelin 2-dən sentyabrın 9-na qədər TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar