Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gömrükdə "Yaşıl dəhliz"in tətbiqi mühüm addımdır - Yeni sədr

Baxılıb: 595     Tarix: 02-05-2018 11:23   
Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı öz işinə başlayır.
Qanunvehedef.az verir ki, konfransdan öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet və tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə də əklil qoyulub.
Daha sonra toplantının açılış mərasimi keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet konfransda iştirak edir. Konfransın işinə 25 ölkədən 150 nümayəndə qatılıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir:
"Quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Məlumdur ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə Səlahiyyətli İqtisadi Operator Proqramının və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanması bu əməkdaşlıq istiqamətində atılmış mühüm addımlar olmuşdur. ÜGT-nin Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə SAFE Çərçivə Standartlarının ikinci sütunu - Gömrük-Biznes Əməkdaşlığı çərçivəsində mühüm bir anlayış olan Səlahiyyətli İqtisadi Operator, gömrük-biznes əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir və Dövlət Gömrük Komitəsi Səlahiyyətli İqtisadi Operator Proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Ümid edirəm ki, gömrük, nəqliyyat, logistika, xarici ticarət və özəl sektor nümayəndələrini bir araya gətirən bu Konfrans iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına böyük imkan yaradılacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar