Xəbər lenti
15/06/2026 [12:47]
Tramp Makronu hədələdi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video

Baxılıb: 965     Tarix: 16-06-2026 14:59   

Bakıda nişanlanma xəttinin mənasını bilməyən sürücülər cərimələnirlər. Çünki avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır.

Qanunvehedef.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsindəndir.

Avtomobil idarə edən şəxslərin sözlərinə görə, əvvəl daha çox sürücü cərimələnirdi. Lakin indi bəzi şəxslər qaydanı öyrəniblər.

Nəqliyyat ekspertləri deyirlər ki, həmin yerdə sarı tor avtobusların hərəkətində instensivliyi artırmaq üçündür. Tora çatmamış xətlənməni tapdalayaraq oradan çıxmaq isə qayda pozuntusudur. Yəni sürücülər sarı tor olan istiqmətlə, amma orada dayanmadan hərəkət etməlidirlər.

Qeyd edək ki, nişanlama xətinin qaydalarını pozan şəxslərə 40 manat məbləğində cərimə tətbiq olunur.


Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar