Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aylardır maaş üzünə həsrət qalıblar - Video

Baxılıb: 915     Tarix: 19-06-2026 12:19   

İşlərini təhvil versələr də şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.

Qanunvehedef.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, “Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət 50-yə yaxın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.

Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.

Problemlə bağlı "Agah şirkətlər qrupu"nun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirilib.

Şirkət nümayəndəsi onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar