Xəbər lenti
29/06/2026 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Baxılıb: 871     Tarix: 29-06-2026 14:35   

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək.

Qanunvehedef.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycanın ali məktəblərinə təlimatlar verilib.

"Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqlar başlayıb", - deyə ali təhsil mərkəzlərindən sorğumuza cavab olaraq bildirilib.

O da qeyd edilib ki, diplomlar bakalavrlarla yanaşı magistratura tələbələrinə də elektron təqdim olunacaq.

Nəticədə tələlər diplomunu "my gov" platformasından asanlıqla əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomlar elektron qaydada deyil, əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim edilir. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması, qeydiyyat və imzalanma prosedurları səbəbindən bu proses bir neçə ay davam edə bilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar