Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Milli Məclisdə Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi

Baxılıb: 104368     Tarix: 07-07-2026 11:36   

Müəllimlərin geyim tələblərinə dair qanunvericiliyə dəyişiklik olunur.

Qanunvehedef.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.

Hazırda dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq edilir. Bu xüsusda, “Ümumi təhsil haqqında” Qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsilalanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur.

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyimlə bağlı tələblərə riayət olunmalıdır.

Qanun layihəsi səsverməyə qoyulduqdan sonra III oxunuşda qəbul edilib.


Qəni Hüseynov





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar