Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vilayət Eyvazov Lerikdə qəbul keçirdi - Video

Baxılıb: 10127     Tarix: 07-07-2026 16:56   

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Qanunvehedef.az xəbər verir ki, nazir əvvəlcə Lerik rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 348 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov Lənkəran rayonunda polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 227 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.









Qanunvehedef.az




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar