Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Daş qəlbli insanları neylərdin İlahi?

Baxılıb: 767     Tarix: 10-07-2026 13:12   

 

Hər bir insanın xoşbəxt olması onun təbii arzusudur.


Cəmiyyət isə bu arzunu yerinə yetirməyə borcludur. 


Sözsüz ki, biz bu əxlaqi və mədəni dəyərlər iddiasında deyilik, istədiyimiz yalnız insan kimi yaşamaq, gündəlik tələbatlarımızı qismən də olsa ödəməkdir. 


Amma bunlar bir xəyal kimi bizlər üçün əlçatmaz olub, adi gün-güzaran və məişət qayğılarımız həllolunmaz problemə çevrilib.


Sürətlə inkişaf edən Azərbaycan öz vətəndaşlarının məişət qayğılarını belə yerinə yetirə bilmir. 


Dünyanın nə vaxtıdır ki, qaz, su, işıq olmayaraq yaşayasan. İnsanın inanmağı da gəlmir.


Doğrudanmı XXI əsrdə yaşamağımıza baxmayaraq biz hələ də ibtidai-icma quruluşu səviyyəsində yaşayırıq?


Telman Atamoğlan oğlu Ataməliyev Şirvan şəhəri, 1 may küçəsi (Nizami küçəsinə bitişik) ev 1 və ev ünvanında yaşayır.


Əgər buna yaşamaq demək mümkünsə, çünki adi məişət problemləri içərisində itib batıb. 


Nə qaz, işıq, nə su yoxdur, sanki bu adama işgəncə verirlər.


Dəfələrlə müxtəlif aidiyyəti təşkilatlara müraciəti isə məmurlar tərəfindən başdansovdu cavablarla, laqeydliklə qarşılanır. 


Bir mərhəmətli, ədalətli, vicdan sahibi tapılmır ki, bu evin həqiqi tələbi yerinə yetsin.


İmkansızlıq, yoxsulluq və mərhəmətsizliklə üzləşən Telman Ataməliyev problemlər içərisində çabalayır. 


Məhkəmə qərarı olsa da, daş qəlbli məmurlara belə təsir etmir.


Xatırladaq ki, Telman Ataməliyev Şirvan şəhərindən ilk ekstrasensdir.


Vaxtilə çox xəstələri müalicə etmişdir. İndi isə özü adi məişət məsələləri içərisində çabalayır.


Laqeyd insanlardan isə köməklik yoxdur.


Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(032)-2/2025 qərardadı ilə dövlət hesabına məhkəmədə və məhkəmədənkənar mülki işlərdə hüquqi yardımla və vəkillə təmin olunmağı onun aztəminatlı olduğunu təsdiq edən faktlardandır. 


Eyni zamanda qanun tələbləri hüquqlarının təminatı üçün lazım olan bütün qanuni vasitələrdən istifadə etmək hüququnu təsdiq edir.


Böyük ümid və arzu ilə inanırıq ki, Vəkillər Kollegiyası müntəzəm olaraq onun qanuni hüquq və tələblərinin yerinə yetirilməsinə nail olacaqdır.


Biz də mətbuat orqanı olaraq kimsəsiz və imkansız bir adamın yersiz incidilməsinin qarşısını almaq üçün əlimizdən gələni etməyə hazırıq. Məzluma dayaq durmaq, imkansıza kömək göstərmək Allaha da xoş gələn əməldir.


Bu adamın problemlərinə laqeydlik göstərmək insanlıqdan kənar bir işdir.


Böyük şairimiz M.Ə.Sabirin istər-istəməz bu beytini də unutmaq olmaz: "Daş qəlbli insanları neylərdin İlahi?" Əgər daş qəlbli insanlar olmasaydı, yəqin ki, Telman kimi fəqir insan da bu günə düşməz və belə şəraitdə yaşamazdı. 


Gəlin yaxşılıq etməklə, başqalarına əl tutmaqla, xeyirxahlıqla bir-birimizlə yarışaq, bununla fəxr edək.


Şəhər ziyalılarından bir qrupu.


Qacay Həsənli





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar