Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəzər rayonunda genişmiqyaslı iməclik keçirilib

Baxılıb: 112512     Tarix: 13-07-2026 13:13   

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq tapşırıqlarına uyğun olaraq, iyulun 11-i səhər saatlarından etibarən Xəzər rayonu ərazisində növbəti genişmiqyaslı iməclik təşkil olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Yaşıllaşdırma Sahəsinin kollektivləri cəlb edilib. Eyni zamanda, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin yaxından iştirakı ilə rayonun bütün qəsəbələrini əhatə edən geniş təmizlik işləri icra olunub.

Görülən tədbirlər çərçivəsində mərkəzi prospekt və küçələr, piyada səkiləri, yol kənarı bordürlər, işıq dirəkləri və qoruyucu məhəccərlərlə yanaşı, park və xiyabanlardakı oturacaqlar və fəvvarələr yuyularaq sanitariya normalarına uyğunlaşdırılıb.

Bununla yanaşı, park və istirahət zonalarındakı mövcud yaşıllıqlara zəruri aqrotexniki qulluq göstərilib, ərazilərin estetik görünüşünün daha da gözəlləşdirilməsi məqsədilə yeni gül kolları və dekorativ bəzək bitkiləri əkilib.


Qəni Hüseynov









Son xəbərlər
{sape_links}{sape_article}