Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.
Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.
B.İbrahimov Qırğızıstan və Azərbaycan arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
O, dostluq qruplarının fəaliyyəti, parlamentarilərin səfər mübadiləsi və müvafiq komitələrin əməkdaşlığı daxil olmaqla Joqorku Keneşin Azərbaycan Milli Məclisi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Tərəflər türk ölkələri arasında parlamentlərarası dialoqun inkişafına və siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edən Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.
Qanunvehedef.az
















