Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Baxılıb: 8721     Tarix: 11-08-2026 13:25   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır.

Son il yarım ərzində Komitənin hazırladığı 115 milli standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənib və təsdiq edilmiş milli standartların sayı 170-i ötüb.

Bu standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanır.

Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar