Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar

Baxılıb: 8315     Tarix: 17-08-2026 11:24   

Ötən gün vəfat edən general-mayor Abbasəli Novruzov bu gün Hərbi Memorial Məzarlıqda dəfn edilib.

Qanunvehedef.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.

Xatırladaq ki, A.Novruzov ötən gün səhər 89 yaşında dünyasını dəyişib. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.






Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar