Xəzər rayonunda növbəti iməclik keçirilmişdir

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına uyğun olaraq, 15 avqust 2026-cı il tarixində Xəzər rayonunda növbəti iməclik keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməclikdə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Yaşıllaşdırma Sahəsi, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələrin əməkdaşları iştirak ediblər.
İməclik çərçivəsində rayon ərazisində yerləşən park və istirahət guşələrində, prospekt və küçələrdə, eləcə də səki kənarlarında genişmiqyaslı təmizlik işləri aparılıb. Ərazilər alaq otlarından təmizlənib, tullantı konteynerləri və onların yerləşdiyi meydançalar yuyularaq dezinfeksiya olunub.
Görülən işlər Xəzər rayonunda sanitariya-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin qorunmasına və sakinlər üçün daha səliqəli və sağlam mühitin formalaşdırılmasına xidmət edir.
Rayon ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qəni Hüseynov























