Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nizami rayonunda yay konsertləri davam edir

Baxılıb: 9325     Tarix: 18-08-2026 11:54   

 


Bakı şəhərinin müxtəlif ərazilərində sakinlərin asudə vaxtının səmərəli və yaddaqalan təşkili məqsədilə keçirilən mədəni tədbirlər davam edir.


Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda növbəti yay konsert proqramı təşkil olunub. Açıq havada keçirilən musiqili proqram rayon sakinləri ilə yanaşı, paytaxtın digər ərazilərindən gələn qonaqların da böyük marağına səbəb olub.


Konsert zamanı səsləndirilən musiqilər, canlı ifalar və rəngarəng proqram iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib. Xüsusilə ailələrin, gənclərin və uşaqların tədbirə maraq göstərməsi yay axşamlarının daha maraqlı və əyləncəli keçməsinə şərait yaradıb.


Belə tədbirlərin keçirilməsi paytaxt sakinlərinin mədəni istirahət imkanlarının genişləndirilməsi, ictimai məkanlarda canlı musiqi mühitinin yaradılması və şəhərin mədəni həyatının canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Nizami rayonunda yay konsertlərinin davam etdirilməsi sakinlərin asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin növbəti nümunəsidir. Qarşıdakı günlərdə də müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulur.


Geyhun Süleymanov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar