Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikov ziyarət olunub

Baxılıb: 11409     Tarix: 18-08-2026 13:41   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov Şağan qəsəbəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış sənətkar Aqil Məlikovu ziyarət ediblər.


Səmimi görüş zamanı sənətkarın səhhəti ilə yaxından maraqlanılıb, onun keçirdiyi açıq ürək əməliyyatından sonrakı vəziyyəti barədə ətraflı məlumat alınıb. Aqil Məlikovun əməliyyatdan sonra səhhətinin yaxşılaşması məmnunluqla qarşılanıb, ona tezliklə tam sağlamlığına qovuşması və bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.


Görüşdə Aqil Məlikovun uzun illər ərzində Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd olunub ki, sənətkarın yaradıcılığı, peşəkarlığı və milli musiqi sənətinin təbliği istiqamətində gördüyü işlər Azərbaycan mədəniyyətinin zənginləşməsində mühüm rol oynayıb. Onun sənət fəaliyyətində əldə etdiyi nailiyyətlər, musiqi mədəniyyətimizin inkişafına göstərdiyi xidmətlər və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.


Sənətkar göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, səhhətinin yaxşılaşdığını və özünü əvvəlki günlərlə müqayisədə daha yaxşı hiss etdiyini qeyd edib. O, uzun illər ərzində Azərbaycan mədəniyyətinə xidmət etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb və bundan sonra da yaradıcılıq fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.


Görüşdə sənət adamlarına göstərilən dövlət qayğısının və diqqətin əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan sənətkarların daim diqqətdə saxlanılması, onların sosial və mənəvi ehtiyaclarına həssaslıqla yanaşılması mühüm əhəmiyyət daşıyır.


Səmimi söhbət şəraitində keçən görüşün sonunda Aqil Məlikova möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulanıb. Sənətkara Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə fəaliyyətində bundan sonra da uğurlar dilənilib.


Qəni Hüseynov 

Qanun və hədəf qəzetinin şöbə müdiri



Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş keçirilib
Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş keçirilib
Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş keçirilib
Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş keçirilib




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar