Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Direktorların işə qəbulu ilə bağlı müddət uzadıldı

Baxılıb: 1124     Tarix: 21-08-2026 11:59   

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək // miq.edu.az/ direktorlinki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edilib ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.


Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar