Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Yasamal rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir

Baxılıb: 917     Tarix: 24-08-2026 11:51   

 

Şəhərsalma və Memarlıq İli çərçivəsində qarşıya qoyulan hədəflərə uyğun olaraq, Yasamal rayonunda genişmiqyaslı abadlıq-quruculuq və şəhərsalma tədbirləri davam etdirilir.


Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər rayonun infrastrukturunun yenilənməsinə, küçə və məhəllələrin müasir tələblərə uyğunlaşdırılmasına, yaşıllıq ərazilərinin artırılmasına və ümumilikdə şəhər mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.


Görülən işlər çərçivəsində rayonun müxtəlif küçə və prospektlərində asfalt örtüyü yenilənir, deformasiyaya uğramış yol sahələri təmir olunur, piyada səkiləri bərpa edilir, yeni bordür və səki daşları quraşdırılır. Məhəllədaxili yolların abadlaşdırılması, yağış sularının səmərəli şəkildə axıdılması və nəqliyyat-piyada hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.


Rayonun yaşayış məhəllələrində aparılan abadlıq işləri sakinlərin gündəlik rahatlığının artırılmasına da hesablanıb. Həyətlərdə oturacaqlar və işıqlandırma elementləri quraşdırılır, zibil konteynerləri yenilənir, istirahət guşələri yaradılır. Eyni zamanda, uşaq və idman meydançalarının yenilənməsi, mövcud infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.


Aparılan kompleks tədbirlər Yasamalın şəhərsalma simasının daha da müasirləşdirilməsinə, yaşayış mühitinin estetik görünüşünün yaxşılaşdırılmasına və sakinlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verir.


Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sosial və kommunal infrastrukturun təkmilləşdirilməsi, yaşıllıq sahələrinin genişləndirilməsi və rayon ərazisində müasir şəhər mühitinin formalaşdırılması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi nəzərdə tutulur.


Rəsmiyyə Davudqızı






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar