Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Baxılıb: 10208     Tarix: 24-08-2026 16:21   

Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün əyani təhsil forması üzrə sənəd qəbulu davam edir.

Qanunvehedef.az xəbər verir ki, təkrar ali təhsilə qəbul beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, maliyyə, marketinq, menecment, statistika, kompüter elmləri, aerokosmik mühəndislik, cihaz mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kimya mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, nəqliyyat mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, sənaye mühəndisliyi, nəqliyyatda servis ixtisasları üzrə aparılır.

Ali təhsili olan hər kəs heç bir imtahan vermədən AzTU-da ikinci təhsil almaq imkanı əldə edə bilər. Belə ki, təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili fərqli olan və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Təkrar ali təhsildə dərslər saat 18:30-da başlayır. Sənəd qəbulu 31 avqust 2026-cı il tarixinədək elektron qaydada https://portal.edu.az/ vasitəsilə həyata keçirilir.

Əlavə suallar üçün (+994 10) 228 36 67 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar