Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkan qəsəbəsində növbəti səyyar qəbul keçirilib

Baxılıb: 10143     Tarix: 27-08-2026 13:39   

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinə yerində baxılması, onları narahat edən məsələlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə Xəzər rayonunun qəsəbələrində sakinlərlə səyyar görüşlərin keçirilməsi davam etdirilir.


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Türkan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirib. Görüş Türkan qəsəbəsində yerləşən 119 saylı tam orta məktəbdə təşkil olunub.


Səyyar qəbulda Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Türkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, eləcə də rayonun aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.


Görüş zamanı qəsəbə sakinləri onları narahat edən müxtəlif məsələləri diqqətə çatdıraraq müraciətlərini birbaşa rayon rəhbərliyinə ünvanlayıblar. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib.


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərin müraciətlərinin diqqətlə araşdırılmasının və mümkün problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsinin vacibliyini vurğulayıb. Qaldırılan məsələlərin araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Səyyar qəbulların əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyət yaratmaq, onların problemlərini yerində dinləmək və həlli mümkün olan məsələlərin çevik şəkildə aradan qaldırılmasına nail olmaqdır. Bu baxımdan Türkan qəsəbəsində keçirilən növbəti görüş də sakinlərin müraciətlərinin öyrənilməsi və aidiyyəti qurumların qarşısında konkret vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.


Belə görüşlərin mütəmadi keçirilməsi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə, əhalinin müraciətlərinə həssas və çevik yanaşmanın təmin olunmasına, həmçinin qəsəbələrdə sosial və məişət xarakterli məsələlərin daha operativ həllinə imkan yaradır.


Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri








Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar