Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Xaliq Faiqoğlu” daha bir marşrut xəttini yenilədi - Foto

Baxılıb: 8316     Tarix: 31-08-2026 12:51   

Sentyabrın 1-dən 199 saylı müntəzəm marşrut xətti üzrə avtobusların hamısı yenilənəcək.

Qanunvehedef.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan xətt üzrə müasir standartlara cavab verən iritutumlu “İveco” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Xətt üzrə 22 avtobus 6-7 dəqiqəlik intervalla sərnişinlərin istifadəsində olacaq ki, bu da Xırdalan şəhəri istiqamətində ictimai nəqliyyat şəraitinin yaxşılaşdırılmasına əlavə töhvə verəcək.

199 saylı müntəzəm marşrut xətti üzrə avtobusların tamamilə yenilənməsi Bakı Mühəndislik Universitetinin tələbələrinin daha sürətli və komfortlu daşınmasını da təmin edəcək.


Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar