Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər rayonunda sakinlərlə görüşlər mütəmadi olaraq davam etdirilir

Baxılıb: 11355     Tarix: 31-08-2026 14:14   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən rayonun qəsəbə və kəndlərində sakinlərlə mütəmadi görüşlər keçirilir. Görüşlərin əsas məqsədi vətəndaşların müraciət və problemlərini yerində dinləmək, onları narahat edən məsələlərin operativ həllinə nail olmaqdır.


Sakinlərlə keçirilən görüşlər zamanı səsləndirilən təklif və müraciətlər diqqətlə nəzərdən keçirilir, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilir. Bu cür görüşlər vətəndaş-məmur münasibətlərinin daha da möhkəmləndirilməsinə, əhalinin qayğılarının birbaşa öyrənilməsinə və problemlərin həlli istiqamətində çevik tədbirlərin görülməsinə xidmət edir.


Xəzər rayonunda sakinlərlə açıq və səmimi dialoqun davam etdirilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması rayon rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.


Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar